“Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov
“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İtaliyanın Bolonya şəhərində
keçirilən Avropa çempionatının qalibi olan
idmançımız “Tokio 2020”yə vəsiqəni təmin edib. Çempionatda 25 metr məsafəyə
kiçikçaplı tapançadan atəşaçma yarışının final mərhələsində təmsilçimizin rəqibləri
Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının qalib və
mükafatçıları olublar. Finalda atıcımız Ukrayna idmançısı ilə eyni – 587 xal
toplayıb. Lakin şəxsi göstəricilərə görə rəqibini qabaqlayan Ruslan Lunyov
Avropa çempionatının qızıl medalına yiyələnib.Qeyd edək ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam
Həmrəyliyi Oyunlarının qalibi olan güllə atıcımız həmin il Hindistanda təşkil
olunan dünya kuboku yarışlarında bürünc medala sahib olub.