Özbəkistanın paytaxtı Daşkənddə keçirilən
cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub.Dünyanın 70 ölkəsindən 421 cüdoçunun mübarizə
apardığı yarışın sonuncu günü “Neftçi İdman Klubu”nun təmsilçisi Zelim Kotsoyev
böyük uğura imza atıb. Yüz kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Ukrayna,
ABŞ və Belarus idmançıları üzərində qələbə qazanaraq finala vəsiqəni təmin
edib. Həlledici görüşdə rusiyalı Kazbek Zankişiyevə məğlub olan Kotsoyev Daşkənd
Qran-prisinin gümüş medalına sahib olub.Xatırladaq ki, mötəbər turnirin ilk günü
qadın cüdoçumuz Leyla Əliyeva da gümüş medal qazanıb.