Xəbər verdiyimiz kimi, “Neftçi İdman
Klubu”nun təşkilatçılığı ilə sentyabrın 16-da start götürmüş neft, qaz və kimya
sənayesi işçilərinin XXVII Spartakiadasına yekun vurulub. Otuz üç müəssisədən 1400-dən artıq iştirakçının 14
idman növü üzrə mübarizə apardığı turnirdə Heydər Əliyev adına Neft Emalı
Zavodunun kollektivi ümumi komanda hesabında qalib olub. Neft Kəmərləri İdarəsi
ikinci, “Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası isə üçüncü yeri
tutub.Bu gün “Neftçi İdman Klubu”nun
inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. İlk öncə
klubun idman qurğuları ilə iş üzrə meneceri Zamir Mütəlibov çıxış edərək
Spartakiada haqda qısa məlumat verdi. O,təntənəli surətdə keçirilən açılış mərasiminin yüksək səviyyədə təşkil
olunmasını xüsusi vurğuladı. Bu mötəbər tədbirin neft, qaz, kimya sənayesinin
müəssisələri və onların işçiləri arasında mehribançılıq, kollektivçilik, səmimiyyət
yaratdığına əminliyini ifadə edən natiq, nümayəndələrə növbəti spartakidalara
daha ciddi yanaşmağı və yaxşı hazırlaşmağı tövsiyə etdi.Sonra ”Neftçi İdman Klubu”nun idman və
sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək tədbir
iştirakçılarına qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salam və təbriklərini
çatdırdı. O, “Neftçi İdman Klubu” tərəfindən Azərbaycan neft, qaz və kimya sənayesinin
işçiləri arasında keçirilən Spartakiadanın artıq ənənəyə çevrildiyini və bu
möhtəşəm tədbirin onun iştirakçıları arasında dostluq münasibətlərinin
yaranmasına, mövcud əlaqələrin isə daha da möhkəmlənməsinə zəmin yaratdığını
söylədi. Spartakiadanın ildən-ilə təkmilləşməsindən
və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən klub rəsmisi neft,
qaz və kimya sənayesi işçilərinin yığma komandasının Respublika Spartakiadasındakı
uğurlu çıxışından da söhbət açdı. O,
“Neft Daşları”nın qarşıdan gələn 70 illik yubileyi münasibətilə qurumun tədbirdə
təmsil olunan nümayəndələrini klubumuzun rəhbərliyi və kollektivi adından təbrik
etdi. Baş menecer çıxışının sonunda bütün iştirakçılara yarışlarda göstərdikləri
fəallığa görə dərin minnətdarlığını bildirdi və qalibləri təbrik etdi.Daha sonra klubun kütləvi bədən tərbiyəsi və
idman şöbəsinin rəisi Akif Məmmədov XXVII Spartakiadanın gedişatından geniş
söhbət açdı. Turnirin çox gözəl və ədalətli keçməsini qeyd edən natiq, tədbir
boyu müəyyən kiçik nöqsanlar olsa da, onların tez bir zamanda aradan
qaldırılmasına çalışdıqlarını və əksər hallarda buna nail olduqlarını məmnunluqla
ifadə etdi. O, yarışların ümumilikdə yüksək səviyyədə keçməsində iştirakçıların
da böyük pay sahibi olduqlarını qeyd etdi və bu cür aktivliklərinə, göstərdikləri
köməyə görə bütün iştirakçılara minnətdarlığını çatdırdı, onlara gələcək fəaliyyətlərində
uğurlar dilədi.Ardınca qaliblərin mükafatlandırılmasına
başlanıldı və kuboklar sahiblərinə təqdim olundu.Tədbirin sonunda çıxış edən neft, qaz və
kimya sənayesi müəssisələrinin nümayəndələri Spartakiadanın yüksək səviyyədə təşkil
olunmasına görə “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün
yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.