“Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar
Talıbov Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində
bürünc medala layiq görülüb. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən
idmançımız üçüncü yer uğrunda mübarizədə italiyalı Luici Sentracçioya qalib gəlib.Qeyd edək ki, dünya birinciliyində 61 ölkədən
463 cüdoçu bacarığını nümayiş etdirir.