İspaniyanın Marina Dor şəhərində keçirilən yeniyetmə
taekvondoçular arasında Avropa birinciliyi davam edir”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində
təmsil olunan taekvondoçusu Pünhan Mürsəlov mötəbər yarışın ilk günündə uğurla
çıxış edib. Qırx bir kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız yalnız həlledici final
görüşündə məğlub olub və qitə birinciliyinin gümüş medalına layiq görülüb.