Rusiyanın Anapa şəhərində kikboksinq üzrə
dünya kuboku keçirilib. WAKO versiyası
üzrə təşkil olunan yarışda 31 ölkədən 1145 idmançı qalib adı uğrunda mübarizə
aparıb.”Neftçi İdman Klubu”nun kikboksçuları
turnirin 1qızıl, 1 gümüş və 2 bürünc medalına sahib olublar. Təmsilçilərimizdən
Əlihüseyn Əliyev (48 kq) əzmlə çıxış edərək yeniyetmələr arasında dünya
kubokunun qalibi olub. Gənclərin yarışında Sehran Baxşıyev (71 kq) 3-cü yeri
tutub. Kişilər arasında təşkil olunan yarışda Saləddin Saqi (75 kq) gümüş,
Camal Məmmədov (54 kq) isə bürünc medala layiq görülüb.