Türkiyənin Edirne şəhərində keçirilən Beynəlxalq
Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet
Kırklareli” turu sona yetib.Yüz
otuz kilometrlik marşrutu ilk 3 pillədə başa vuranlar arasında “Neftçi İdman
Klubu”nun təmsilçisi, Azərbaycan millisinin üzvü Samir Cəbrayılov da olub. Böyük
əzmkarlıq nümayiş etdirərək bu məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən idmançımız
fotofinişə əsasən ikinci nəticə göstərib.Velosipedçimiz ikinci yeri tutmaqla Azərbaycan
yığma komandasının aktivinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 30 xal
qazandırıb.Xatırladaq ki, bu yarışdan bir gün öncə təşkil
edilən “Fatih Sultan Mehmet Edirne” turunda Samir Cəbrayılov ikinci olmaqla reytinqimizi daha 30 xalla zənginləşdirmişdi.