Bu gün Mərakeşdə gənclər arasında cüdo üzrə dünya birinciliyinə
start verilib.Yarışın ilk günündə “Neftçi İdman Klubu”nun
yığma komandamızın heyətində təmsil olunan iki cüdoçusu uğurla çıxış edərək medala
sahib olub. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov
Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan idmançıları üzərində qələbə qazanaraq
finala yüksəlib. Həlledici mərhələdə rusiyalı Konstantin Simeonidis ilə görüşdən məğlub
ayrılan cüdoçumuz qitə birinciliyinin gümüş medalına layiq görülüb. Klubun digər
yetirməsi İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda mübarizə aparıb. O, üçüncü
yer uğrunda görüşdə rumıniyalı rəqibi Lusian Bors Dumitreskudan üstün olub və mötəbər
yarışı bürünc medalla başa vurub.Qeyd edək ki, oktyabrın 19-dək davam edəcək
turnirdə 81 ölkədən 500-dən çox gənc cüdoçu qalib adı uğrunda yarışır.