Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları davam edir.”Neftçi İdman Klubu”nun mötəbər turnirdə mübarizə aparan iki cüdoçusu mükafata layiq görülüb. Təmsilçilərimizdən Hidayət Heydərov (81kq) və Məmmədəli Mehdiyev (90 kq) əzmlə mübarizə apararaq yarışın bürünc medalını qazanıblar.