“Neftçi İdman Klubu”nun yetirməsi Orxan Səfərov Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük dəbilqə”
turnirində uğurla çıxış edib. Altmış altı kiloqram çəki dərəcəsində mübarizə
aparan cüdoçumuz finala qədər inamla irəliləyib. O, yalnız həlledici görüşdə
İtaliya təmsilçisi Manuel Lombardoya məğlub olub və mötəbər yarışın gümüş medalına
layiq görülüb.Qeyd edək ki, 100-dək ölkədən 500-dən çox cüdoçunun qatıldığı
“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.