Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirinə yekun vurulub.Yüzədək ölkədən 500-dən çox idmançının
qatıldığı yarışın sonuncu günü “Neftçi İdman Klubu”nun daha bir cüdoçusu medal
əldə edib. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Fransa,
Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala yüksəlib. Təmsilçimiz
həlledici görüşdə koreyalı Quham Çoya məğlub olub və “Böyük dəbilqə” turnirinin
gümüş medalına yiyələnib.Xatırladaq ki, yarışın ilk günündə digər
cüdoçumuz Orxan Səfərov (60 kq) da eyni uğura imza atmışdı.