Cüdo
üzrə açıq mütləq Ukrayna çempionatına
yekun vurulub.Dnepr şəhərində təşkil olunan yarışda “Neftçi
İdman Klubu”nun təmsilçisi İrina Kindzerska böyük uğura imza atıb. Qadın
cüdoçular arasında Ukraynanın mütləq çempionunun müəyyən edilməsi uğrunda yarışan
cüdoçumuz məğlubiyyət tanımayıb. O, qrupdakı üç görüşünü qələbə ilə başa vurduqdan
sonra yarımfinalda Qalina Tarasovanı, finalda isə Yelizaveta Kalaninanı məğlub
edərək ardıcıl üçüncü dəfə Ukraynanın mütləq çempionu olub.