Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
paraatletika üzrə dünya çempionatına start verilib.Mötəbər turnirin ilk günündə “Neftçi İdman
Klubu”nun paralimpiyaçısı Kamil Əliyev mübarizəyə qoşulub. İdmançımız uzunluğa tullanma üzrə T12 kateqoriyasinda 7.00 metr nəticə göstərərək 3-cü
yeri tutub. Bununla da o, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya
qazanıb.Qeyd edək ki, dünya çempionatı noyabrın 15-ə
qədər davam edəcək.