Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam
edir.”Neftçi
İdman Klubu”nun təmsilçisi, Paralimpiya çempionu Oloxan Musayev çempionatın
beşinci günündə yarışlara qatılıb. F56 kateqoriyasında lövhəatma yarışında
paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan
Oloxan Musayev “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya
qazanıb.Qeyd edək
ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz – Kamil Əliyev və Samir Nəbiyev
də yüksək nəticə göstərərək “Tokio 2020″yə lisenziya əldə etmişdilər.