Bakı
Gimnastika Məktəbində təşkil olunan tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və
birinciliyinə yekun vurulub. Yarışda müxtəlif yaş qrupu üzrə idmançılar – uşaqlar,
yeniyetmələr, gənclər və böyüklər bacarıqlarını nümayiş etdiriblər.”Neftçi
İdman Klubu”nun gimnastı Milana Salmanova qadınlar arasında uşaqlar yaş
qrupunda (2009-2011-ci illər) keçirilən yarışda 54.900 xal toplayıb və ölkə birinciliyinin gümüş medalına
layiq görülüb.