“Neftçi İdman Klubu”nun yetirməsi Ruslan Lunyov Tbilisi
açıq çempionatında mübarizə aparıb. Yarışda 571 xal toplayan güllə atıcımız açıq
paytaxt çempionatının gümüş medalına layiq görülüb.Qeyd edək ki, bugünlərdə Tbilisidə Şota
Kveliaşvilinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə beynəlxalq turnirdə
Ruslan Lunyov 580 xalla qızıl medala sahib olmuşdu.