Ağsu İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin xatirəsinə
həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib. Yarışda 18 müxtəlif
şəhər və rayon komandalarının heyətində 150 idmançı medallar uğrunda mübarizə
aparıb.”Neftçi İdman Klubu”nun kikboksçuları turnirdə 6 qızıl, 4 gümüş və 9
bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. “Qarabağ” komandası
ikinci, Mingəçevirin “Niko Fayt” klubu isə üçüncü yerə çıxıb.