“Neftçi İdmanKlubu”nun təmsilçisi Camal Məmmədov
Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya
çempionatında uğurla çıxış edib. Əlli dörd kiloqram çəki dərəcəsində mübarizə
aparan kikboksçumuz mötəbər turnirin gümüş medalına sahib olub.