Fövqəladə Hallar Nazirliyinin
Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində yeniyetmə cüdoçular arasında
keçirilən açıq Bakı birinciliyi sona yetib. Yarışda 54 klubdan 576 idmançı 9 çəki
dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri
birinciliyin 11 medalına (2 qızıl, 3 gümüş, 6 bürünc) yiyələniblər. Yeniyetmə
cüdoçularımızdan Aydan Vəliyeva (40 kq) və Xədicə Baxışlı (63 kq) məğlubiyyət
tanımayaraq açıq Bakı birinciliyinin qalibi adını qazanıblar.Paytaxt birinciliyinin qalib və
mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları
təqdim olunub.Qeyd edək ki,yarışda fərqlənən
cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcəklər.