“Neftçi İdman Klubu”nun təmsilçisi Rüstəm Orucov (73 kq) Çinin
Tsindao şəhərində keçirilən cüdo üzrə “Masters” turnirində bürünc medala sahib
olub. Cüdoçumuz özbəkistanlı Xikmatilox Turayevə qalib gəlsə
də, dörddəbir finalda israilli Butbur Tohara məğlub olub. Təsəlliverici görüşə
qatılan idmançımız əvvəlcə kanadalı Arthur Margelidonu mübarizədən kənarlaşdırıb. Cüdoçumuz bürünc medal uğrunda görüşdə Kosovo
təmsilçisi Akil Cakovla qarşlaşmalı olsa da, rəqibi zədə üzündən yarışa
qatılmadığı üçün Rüstəm Orucov qalib elan edilib.Qeyd edək ki, dekabrın 14-dək davam edəcəkyarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır.