Bu gün Bakı
İdman Sarayında kişi və qadın cüdoçular arasında komanda yarışları üzrə Azərbaycan
çempionatı keçirilib. Qadınlar arasında 7, kişilərin yarışında isə 12 komanda medallar
uğrunda mübarizə aparıb. Həlledici final görüşündə “Atilla” klubunu məğlub edən
“Neftçi İdman Klubu”nun qadın cüdoçuları çempionatın qızıl medallarına sahib
olublar. “Atilla” gümüş, “Məhsul” İK və “Judo 2012” komandaları isə bürünc
medal qazanıblar. Kişilər arasında təşkil olunan çempionatın finalında “Neftçi İdman Klubu” və “Judo 2012”
komandaları üz-üzə gəlib. Bu qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılan
klubumuzun yetirmələri Azərbaycan çempionu adına layiq görülüblər. “Judo 2012” gümüş,
“Atilla” və “Dinamo” komandaları isə bürünc medallara sahib olublar.Qalib və
mükafatçı komandaların cüdoçularına kubok, medal və diplomlar təqdim olunub.