Bakı İdman
Sarayında keçirilən kişi və qadın cüdoçuların Azərbaycan çempionatında fərdi
yarışlar başa çatıb.Fərdi
yarışların ikinci, sonuncu günü “Neftçi İdman Klubu”nun təmsilçiləri daha 10
medal (3 qızıl, 2 gümüş, 5 bürünc) əldə ediblər. Cüdoçularımızdan 66 kiloqram çəki
dərəcəsində mübarizə aparan Orxan Səfərov, Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov
(+100 kq) əzm nümayiş etdirərək çempionatın qalibi adını qazanıblar.Beləliklə,
klubumuzun yetirmələri ümumilikdə 15 medala (6 qızıl, 2 gümüş, 7 bürünc) sahib
olublar.Respublika
çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və
İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub.Medalların əyarına
görə “Neftçi İdman Klubu” birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə
müvafiq olaraq “Judo 2012” və “Atilla”
klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim
olunub.Qeyd edək
ki, dekabrın 26-da çempionata komanda yarışları ilə yekun vurulacaq.