“Neftçi İdman Klubu”nun
yetirmələri Fransanın Nitsa şəhərində keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə 4
medal qazanıblar. Pəhləvanlarımızdan 72 kiloqram çəki dərəcəsində mübarizə
aparan Ülvi Qənizadə məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Onunla eyni çəkidə çıxış edən Sənan Süleymanov və Orxan Nuriyev (97 kq)
gümüş, Taleh Məmmədov (63 kq) isə bürünc medala layiq görülüb.