Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların
nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Onlardan yeddisi “Neftçi
İdman Klubu”nun yetirmələridir. Avropa Oyunlarının qızıl medalçısı Rəsul
Çunayev Las Veqasda keçirilən dünya çempionatında da qızıl medal qazanmaqla
reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O, siyahıda ilk sırada
qərarlaşıb. Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov isə
öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib. Digər güləşçilərimiz Elvin
Mürsəliyev, Elman Muxtarov, Həsən Əliyev, İslam Abbasovvə
Orxan Nuriyev isə müvafiq olaraq 5-ci, 12-ci, 12-ci, 13-cü və 18-ci pillələrdə qərarlaşıblar.