Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin
VI Dünya Oyunları davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
yer almış atletləri indiyədək bu oyunların 4 medalına yiyələniblər.
Cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar
Qasımov (100 kq) yarışın bürünc medallarına layiq
görülüblər. Sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (65 kq) də eyni uğura imza
atıb.Qeyd edək ki, Dünya Oyunlarında 248 medal dəsti
uğrunda 56 ölkədən 4292 hərbçi mübarizə aparır.