Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində 21 yaşadək gənclər
arasında keçirilən cüdo üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 25
komandanın tərkibində 217 idmançı çempionluq uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun gənc cüdoçuları birinciliyin 11 medalını (4 qızıl,
3 gümüş, 5 bürünc) qazanıblar. Təmsilçilərimizdən 90 kiloqram çəkidə çıxış edən
Kamran Novruzov bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl medala sahib
olub. Xanım idmançılarımızdan isə Əsma İbrahimova (44 kq), Vüsalə Kərimova (48
kq) və Firuzə Hacıverdiyeva (+78 kq) eyni uğura imza ataraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar.