Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında keçirilən
sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi sona yetib.”Neftçi İdman Klubu”nun təmsilçiləri ümumilikdə yarışın 26 medalına
(6 qızıl, 8 gümüş, 12 bürünc) sahib olublar.Yeniyetmə yunan-Roma güləşçilərimizdən
Elmir Əliyev (55 kq), Urfan Həsənli (65 kq) və Hüseyn Hüseynov (92 kq) məğlubiyyət
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləşçilərdən
isə Əkbər Vəliyev (65 kq) eyni uğura imza atıb.Gənc yunan-Roma güləşçilərinin mübarizəsində isə Elmir Əliyev (55 kq) və
Xasay Həsənli (72 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər.