“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri İtaliyada keçirilən
Avropa çempionatında daha bir medala yiyələniblər. Təmsilçimiz Ülvü Qənizadə
(72 kq) yarışa bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin dörddəbir
finalda o, üçqat dünya çempionu, Almaniya idmançısı Frank Şteblerə məğlub olub.
Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz təsəlliverici görüşə çıxıb. Pəhləvanımız
moldovalı rəqibinə qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə
edib. Ülvi Qənizadə bu qarşılaşmada rusiyalı, ikiqat Avropa çempionu və dünya
üçüncüsü Adam Kurak üzərində əzmkar qələbə
qazanıb və nüfuzlu yarışın bürünc medalına sahib olub.Xatırladaq ki, bundan əvvəlki günlərdə klubumuzun yunan-Roma güləşçilərindən
Sənan Süleymanov (77 kq) qızıl, İslam Abbasov (87 kq) isə bürünc medal qazanmışdı.