“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev İstanbulda keçirilən XXV
Balkan çempionatında əzmlə mübarizə apararaq böyük uğura imza atıb. Belə ki, üç
təkanla tullanma yarışında iştirak edən idmançımız 16,92 metr nəticə göstərərək
çempion olub. Nazim Babayev ermənistanlı rəqibini üstələyərək yarışın qalibi
adını qazanıb.