Futbol üzrə Azərbaycan
çempionatının Birinci Divizionunda V turun oyunları keçirilib.Bu tur çərçivəsində “Qaradağ
Lökbatan” komandası “Bakılı”nın qonağı olub. Oyunun ilk hissəsi
qolsuz bərabərliklə yekunlaşsa da, komandamız fasilədən sonra rəqibə qarşı təzyiqi
bir qədər də artırıb. Nəticədə “Qaradağ Lökbatan” matçın son 12 dəqiqəsində iki
dəfə rəqib qapısına yol tapıb. Oyunun 78-ci dəqiqəsində Cavid Muxtarzadə fərqlənib.
Bundan sonra hücumlarının kəsərini daha daartıran
komandamız çox keçmədən rəqibini ikinci dəfə cəzalandırıb. Cavid Muxtarzadə
87-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb – 2:0.Turnir cədvəlinin liderlərindən olan “Şəmkir”in
“Bakı” ilə heç-heçəsindən yararlanan “Qaradağ Lökbatan” xal hesabında paytaxtın
eyniadlı təmsilçisinə çatıb. Hazırda komandamız 10 xalla turnir cədvəlinin 4-cü
sırasında qərar tutub.