Almaniyanın paytaxtı Berlində sürətli
şahmat üzrə dünya çempionatı davam edir. Rapid növü üzrə yarışlar başa çatıb.”Neftçi İdman Klubu”nun zəka
sahibi Teymur Rəcəbovun da qatıldığı yarışda 15 turun yekununda norveçli Maqnus
Karlsen 11,5 xalla dünya çempionu olub. Rusiya şahmatçısı Yan Nepomnyaşi və
Teymur Rəcəbov ondan 1 xal az toplayıblar. Əlavə göstəricilərə görə Nepomnyaşi
2-ci, Rəcəbov isə 3-cü yeri tutub.