Bu
gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun
keçirilib.”Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil
olunan qarşılaşmada “Neftçi İdman Klubu”nun komandası “Ekspress”lə üz-üzə gəlib. Voleybolçularımızın
aşkar üstünlüyü şəraitində keçən oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız
xallarının sayını 21-ə çatdırıb və hazırda turnir cədvəlində liderliyini davam
etdirir. “Xilasedici” 18 xalla ikinci, “Murov” isə 17 xalla üçüncü pillədə qərarlaşıb.