1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş
sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı
ilə Xocalı şəhərində bəşəriyyət
tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu
faciədən 28 il ötür. Həmin kütləvi qırğın zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu,
613 nəfər qətlə yetirildi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri
ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 25
uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş
gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir
götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.Bu
gün “Neftçi
İdman Klubu” İctimai Birliyinin kollektivi Xətai rayonunda faciə qurbanlarının
xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət etdi. Abidənin önünə tər
güllər düzüldü, faciə qurbanlarının xatirəsi ehtiramla yad edildi, ruhlarına
dualar oxundu.