“Neftçi İdman Klubu”nun yetirməsi, Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında böyük uğura imza atıb. “Bahrain Cycling Academy” kontinental komandasının heyətində çıxış edən  velosipedçimiz birgünlük yarışda üçüncü olub. İdmançımız 176 kilometr məsafəni 4 saat 11 dəqiqə 26 saniyəyə başa vurmaqla reytinqinə daha 25 xal əlavə edib.Yığmamızın digər üzvlərindən növbəti  ən yaxşı nəticəni də klubumuzun təmsilçisi qazanıb. Belə ki, idmançımız Samir Cəbrayılov 78 velosipedçi arasında 18-ci pillədə qərarlaşıb.