Danimarkanın
Orxus şəhərində güllə atıcılığı üzrə Avropa kubokunun dördüncü mərhələsi
keçirilib.”Neftçi
İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov 25 metr məsafəyə kiçikçaplı tapançadan
atəşaçma yarışlarında qızıl medala sahib olub. Güllə atıcımız bu nəticəyə 580
xal toplamaqla nail olub.Xatırladaq
ki, Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa
çempionatında qazanıb. O, İtaliyanın Bolonya şəhərində keçirilən qitə
çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla
çıxış edərək 587 xalla liderliyə yüksəlib.