Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatına yekun vurulub. Səkkiz
komandanın qatıldığı yarışda 90-a yaxın atlet qalib adı uğrunda mübarizə
aparıb.”Neftçi İdman Klubu”nun yetirməsi Məmmədağa
Məmmədov kişilər arasında təşkil olunan uzunluğa tullanma yarışlarında 5,97
metr nəticə göstərərək altıncı pillədə qərarlaşıb.