Respublika Velotrekində keçirilənBakı kuboku yarışına yekun vurulub. Velosiped idmanının
trek növü üzrə təşkil olunan yarışda U15, U17, gənclər, U23 və Elit yaş
kateqoriyası üzrə 60-a yaxın idmançı fərdi ötüşmə sistemində bacarığını nümayiş
etdirib.”Neftçi İdman Klubu”nun turnirdə mübarizə
aparan təmsilçilərindən üçü mükafatçılar arasında yer alıb. Onlardan Nofəl
Nuriyev gənc oğlanlar arasında 1 km məsafəyə
mübarizədə gümüş medala layiq görülüb. U23/Elit kateqoriyalı kişi velosipedçilər
arasında eyni məsafə üzrə keçirilən yarışlarda isə Musa Mikayılzadə qalib adını
qazanıb. Mahmud Məmmədov isə fəxri kürsünün 3-cü pilləsində dayanıb.