Azərbaycan I Divizionunda V turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində Gəncənin “Kəpəz”
komandasını qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olunan qarşılaşmada qol səsi eşidilməyib.Matçtərəflərin qarşılıqlı hücumları ilə müşayiət olunsa da, komandalardan heç biri fərqlənə bilməyib. Sonda “Qaradağ Lökbatan” qazandığı xalların üzərinə daha birini əlavə edib.