Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan yetirməsi Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub. Mötəbər yarışda italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, almaniyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiya cüdoçusu Strahinja Buncıcə də qalib gəlib və finala yüksəlib. Həlledici görüşdə İsrail cüdoçusu Tal Fliker üzərində də inamlı qələbə qazanan Orxan Səfərov Avropa çempionatının qalibi olub.Qeyd edək ki, qitənin40ölkəsindən 345 idmançının mübarizə apardığı və  ölkəmizin  ümumilikdə 14 cüdoçu ilə təmsil olunduğunüfuzlu turnir noyabrın 21-də başa çatacaq.