Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.Qitənin 40 ölkəsindən 345 idmançının qalib adı uğrunda mübarizə apardığı və noyabrın 21-də sona yetəcək mötəbər yarışda “Neftçi İdman Klubu”nun daha bir təmsilçisi mükafata layiq görülüb. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Rüstəm Orucov bürünc medala yiyələnib. İdmançımız 3-cü yer uğrunda görüşdə isveçrəli Nils Stamp üzərində qələbə qazanıb.Qeyd edək ki, çempionatın ilk günü klubun digər yetirməsi Orxan Səfərov qızıl medala sahib olub.