“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabı ilə məğlub edərək qalib olub.Təmsilçimiz final mərhələsinin cavab matçında rəqibi Levon Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə liderliyə yüksəlib.Xatırladaq ki, T.Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibini 2,5:1,5 hesabıyla məğlub edib.Qeyd edək ki, “Airthings Masters” turnirinin seçmə mərhələsində 6 xal toplayan şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşin, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniyel Dubov üzərində qələbə qazanıb.