“Champions Chess Tour” seriyası çərçivəsində
keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalçıları müəyyənləşib.”Neftçi
İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov
“Opera Euro Rapid” adlanan üçüncü mərhələdə Ermənistan təmsilçisi
Levon Aronyanla mübarizə aparıb. Tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar
– 0,5:0,5.Seçmə mərhələdə 15 turdan 8 xal
toplayan Teymur Rəcəbov 7-ci yeri tutaraq
növbəti mərhələyə vəsiqə qazanıb. Onunla birgə hazırkı dünya çempionu, norveçli
Maqnus Karlsen, niderlandlı Aniş Giri (hər ikisi 9,5 xal), amerikalı Uesli So
(9 xal), fransalı Maksim-Vaşye Laqrav, ermənistanlı Levon Aronyan (hər ikisi
8,5 xal), polşalı Yan-Kşiştof Duda (8 xal), rusiyalı Daniil Dubov (7,5 xal) da
dörddəbir finala vəsiqə əldə ediblər.Şahmatçımızın dörddəbir finaldakı rəqibi niderlandlı
Aniş Giridir.Qeyd edək ki, “Champions Chess Tour”
seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin
finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.Xatırladaq ki, fevralın 14-dək davam edəcək
“Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır.