Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda XII turun oyunları keçirilib.İkinci
dövrənin ilk qarşılaşmasında “Qaradağ Lökbatan” komandası “Sumqayıt-2”
klubu ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasının stadionunda təşkil olunan matç təmsilçimizin üstünlüyü şəraitində
keçib. Birinci hissədə futbolçularımız
daha çox aktivlik nümayiş etdiriblər. Nəticədə oyunun 44-cü dəqiqəsində
komandamız önə keçib. Elnur Səmədovun vurduğu qol Nazim Əliyevin yetirmələrinə
qələbə qazandırıb. Bu, qarşılaşmada vurulan yeganə qol olub və “Qaradağ
Lökbatan” növbəti üç xalını əldə edib.