“Neftçi İdmanKlubu”nun  şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” turnirinin bürünc medalını qazanıb.Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında ermənistanlı Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.