Dubayda keçirilən paraatletika üzrə lisenziya
xarakterli Qran-pri turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələri yarışlarda 2
bürünc medal qazanıblar. İdmançılarımızdan Elvin Astanov (F53 kateqoriyası) və
Oloxan Musayev (F56 kateqoriyası) nüvəitələmə yarışında üçüncü yeri tutublar.Elvin Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını daha da
artırıb.Xatırladaq ki, klubumuzun digər paraatletləri – Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev
2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio-2020”yə birbaşa
lisenziya qazanıblar.