İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri sona yetib.Nüfuzlu yarışın sonuncu – üçüncü günündə “Neftçi İdman Klubu”nun təmsilçilərindən Məmmədəli Mehdiyev (90 kq)  bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşviliyə, Zelim Kotsoyev (100 kq) isə rusiyalı Niyaz İlyasova məğlub olub. Beləliklə, hər iki cüdoçumuz bürünc medal şansını əldən verib və beşinci yerlə kifayətlənməli olub.Xatırladaq ki, mötəbər turnirin ilk günündə kubumuzun yetirmələrindən Davud Məmmədsoy (60 kq) qızıl medala sahib olub. Nicat Şıxəlizadə (66 kq) isə yeddinci pillədə qərarlaşıb.Qeyd edək ki,  yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.