Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.Beynəlxalq yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub.Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu, “Neftçi İdman Klubu”nun üzvü Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.