“Neftçi İdman Klubu”nun Azərbaycan Region Liqasında çıxış etmək məqsədilə Ağsu rayonunda yeni yaradılmış futbol komandası “Mil” ilə
yoxlama oyunu keçirmək üçün Beyləqana səfər edib.Oyundan öncə hər iki komandanın
üzvləri bu rayonun Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarının məzarlarını
ziyarət ediblər.Sonra Beyləqan Olimpiya İdman Kompleksinin stadionunda komandalar arasında
yoldaşlıq oyunu keçirilib. Gərgin mübarizə şəraitində baş tutan qarşılaşma təmsilçimizin
3:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısına vurulan hər üç qolun müəllifi
komandamızın futbolçusu Elmir Səmədzadə olub.