“Neftçi İdman Klubu”nun yetirməsi Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirdə  mükafata sahib olub.Yarışda 65 kiloqram çəki dərəcəsində gücünü sınayansərbəst güləşçimiz Turan Bayramov bürünc medal qazanıb.Mübarizəyə 1/16 finaldan qoşulan pəhləvanımız ilk görüşdə Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə “tuşe” ilə qalib gəlib. Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salan klubumuzun yetirməsi ABŞ idmançısı üzərində də qələbə qazanaraq yarımfinala yüksəlib. O, finalın bir addımlığında qırğız güləşçiyə məğlub olub. Turan Bayramov 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən digər erməni güləşçini də məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib.