Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.Mötəbər yarışda “Neftçi İdman Klubu”nun daha bir yetirməsi mükafata layiq görülüb. Turnirin sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə yerli idmançı Şermuxammad Jandreyevi məğlub edib.Xatırladaq ki, ötən gün klubumuzun  cüdoçusu Rüstəm Orucov (73 kiloqram) da bürünc medala sahib olmuşdu.Qeyd edək ki, nüfuzlu yarışda dünyanın 71 ölkəsindən 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparırdı.